2
Yorum
2
Beğeni
5,0
Puan
752
Okunma
Saldın dərdə ürəyini,ey şux,biçarə
aşiqin,
Odlayıb,qəlb evinə vurdun min
yarə aşiqin.
Yüz təbib gəlsə,əgər eyləyə
bilməz bir əlac,
Kim tapar mərəzinə söylə,bir çarə
aşiqin.
Bir belə zülm eylədin,insaf
deyilmi,ey gözəl,
Soyaydın dərisini gərək,sərparə
aşiqin.
Cadu mu,tilsim midir,göz qaş ilə
him cimlərin,
Halmı qoydun söz deyə sən tək
dildarə aşiqin.
Məramın aşkar olub Vahidə,işvə
naz ilə,
İstəyirsən edəsən gününü qarə
aşiqin.
5.0
100% (2)