0
Yorum
1
Beğeni
5,0
Puan
773
Okunma
Sığmayırsan ələ,fırlan,
Baxma aya,ilə,fırlan,
Nə yaşadıq,nə gördük ki,
Fırlan dünya,hələ fırlan!
Kimsə bilmədi tamını,
Bezdirmisən ki,hamını,
Öldür bizi,al kamını,
Bu qış,bu da çilə, fırlan,
Fırlan dünya,hələ fırlan.
Külək burdan əsdi getdi,
Əsən yerdən kəsdi getdi,
Tanri bizdən küsdü getdi,
İnanmıram gələ,fırlan,
Fırlan dünya,hələ fırlan.
Dəvələr dəlləkdi indi,
Dəlləklər mələkdi indi,
Mələklər kələkdi indi,
Baxma çalan zilə,fırlan,
Fırlan dünya,hələ fırlan.
Aldın satdın.Günah etdin?
İşini sərbirah etdin,
Vahidi de Sabah etdin,
Saldın susuz çölə,fırlan.
Firlan dünya,hələ fırlan.
ilə-yıla
fırlanmaq-dönebilmek
tamın-tadın
bezmək-bıkmak
kam-dilek
külək-ruzgar
dəllək-berber
sərbirah-çeki düzen
*
5.0
100% (2)