1
Yorum
1
Beğeni
5,0
Puan
1697
Okunma
Sən ağasan,mən nökərəm,
Sən sökərsən,mən tikərəm,
Dərd əlindən dərbədərəm,
Kimə gönül açım,dünya,
Səndən hara qaçım,dünya.
Beş kuruşa naz eylədin,
Çox istədim,az eylədin,
Gündə bir avaz eylədin,
Yandı çölüm,içim dünya,
Səndən hara qaçım,dünya.
Ömrə möhür vuran-Tanrı,
Səni tikən,quran-Tanrı,
Keşiyində duran-Tanrı.
Hansınızı seçim,dünya,
Səndən hara qaçım,dünya.
Boynumun ipi səndədir,
Qəlbimin sapı səndədir,
Geçdiyim qapı səndədir,
İzn ver bir geçim,dünya,
Səndən hara qaçım,dünya.
Zəhərmisən ya,balmısan,
Oynamışam,nə çalmısan,
Nəyim var tutub almısan,
Nə günahım,suçum,dünya,
Səndən hara qaçım,dünya.
hara-nereye
dərbədər-sergerdan,qürbətci
keşikdə duran-bekçi
5.0
100% (1)