2
Yorum
2
Beğeni
5,0
Puan
937
Okunma
(silsilə)
Bu yollar mənim səfərimə
yetməz,nə qədər ki,bu dağlar
məndən aşağıdadır.
...
Bir yol gedir uzaqlara,
Bu yolun sonu mənimdir.
Bir can dözür sazaqlara,
Bu cana allah qənimdir.
Bu yola baxıb doymuram,
Təkcə bu yol anır məni.
Yükümü yerə qoymuram,
Bu yolda kim tanır məni?
Beli əyri,yoxuşu dik,
Gah atacaq,gah tutacaq.
Eni ensiz-tükdən nazik,
Yıxılsam Allah tutacaq.
Dərvişəm,dilənçi kimi,
Nəyim var ki,dəndən başqa.
Bu yolda sülənçi kimi
Kim dolaşar məndən başqa.
5.0
100% (3)