1
Yorum
3
Beğeni
5,0
Puan
731
Okunma
..........
Sən yazanı pozammaram,ilahi,
Sən də mənim yazdığımı
pozma,gəl.
Nə yazırsan taleyimə yaz mənim,
Yaman dərdi,pis övladı yazma,gəl.
Gecə-gündüz yalvarıram adına,
Salırmısan bircə dəfə yadına,
Yandır məni cəhənnəmin oduna,
Kəm ağılı,kəm savadı yazma,gəl.
.............................................
Sən yazmısan bu dünyanı bax
belə,
İman belə,divan belə,hax belə,
Nə yazmısan götür yerə çax,belə,
Bir də yazsan ,,İNSAN,,adı
yazma,gəl !!!
*
5.0
100% (3)