2
Yorum
1
Beğeni
5,0
Puan
1091
Okunma
Dünya fani,puçdu,nədən?
Nə iz qoyub gedir gedən,
Kasıba ağalıq edən,
Varlıya kölə dünyadı,
Bu dünya belə dünyadı!
Dağ görünməz,düz görünər,
İç görünməz,üz görünər,
Əyrilər dümdüz görünər,
Doğruya tələ dünyadı,
Bu dünya belə dünyadı !
Baxsan görməzsən aynadan,
Suyu odunsuz qaynadan,
Qara Keşiş at oynadan,
Kərəmə Lələ dünyadı,
Bu dünya belə dünyadı !
Qulaq batır çəpiyinə,
Mən dözürəm təpiyinə,
Yükü dəyməz qəpiyinə,
Boynumda şələ dünyadı,
Bu dünya belə dünyadı !
Saqi,gəl çəm-xəm eləmə,
Süz şərabı,kəm eləmə,
Ayıqları dəm eləmə,
Fırlanır,hələ dünyadı,
Bu dünya belə dünyadı !
Yoldaş oldum,sırr vermədi,
Dəmir verdi,dürr vermədi,
Canım,bir ömür vermədi,
Deyəsən "elə dünyadı!" ,
Bu dünya belə dünyadı !
*
5.0
100% (1)