3
Yorum
1
Beğeni
5,0
Puan
1108
Okunma
Dərdinə dərman arasan,
Buralarda heç arama.
Umuda güman arasan,
Buralarda heç arama.
Ayaqlar ağrıyar dizdən,
Gömləklər simsiyah bezdən,
Abırı,həyanı üzdən
Buralarda heç arama.
Bölürlər oğru cibində,
Ölürlər divar dibində,
Tanrını tanrı babında
Buralarda heç arama.
Qan axar korş qəmələrdən,
Baş yaparlar səmələrdən,
Halal südü məmələrdən
Buralarda heç arama.
Kürəklərdə çomaq yeri,
Ürəklərdə yamaq yeri,
Ölənləri yumaq yeri
Buralarda heç arama.
Oxun uçar daşa dəyər,
Daş atarsan başa dəyər,
O dost ki,qardaşa dəyər
Buralarda heç arama.
Susma qələm,sözünü yaz,
Allah baxır,düzünü yaz,
Hakk aşığı göğsündə saz
Buralarda heç arama.
5.0
100% (1)