0
Yorum
0
Beğeni
0,0
Puan
748
Okunma
Eşit səsimizi,ey cümlə-cahan,
Türkük,oyanmışıq artıq yuxudan.
Bizik milyonlara şarkı oxudan.
Üfüqlər bizimdir,şəfəqlər bizim,
Bizimdir indi söz,bizimdir
meydan.
Atilla,Çingiz xan,Tamerlan bizik,
Soyumuz,kökümüz,əcdadımız-
TÜRK,
Bu adı daşımaq boynumuzda yük.
İrəli,irəli,ey arkadaşlar,
Biz böyük,yer böyük,kainat
böyük.
Yıxaq cəhaləti.Çatıb vaxtımız,
Ən uca məqamdır bizim taxtımız,
Zəfər,qalibiyyət bizim baxtımız.
Ataq yabaları,kürəkləri biz,
Yetib ağıl vaxtı,zəka vaxtımız.
Kirlənmiş fikirlər,günahkar başlar
Şərəfsiz sükutlar,şanlı savaşlar,
İrəli,irəli,ey akadaşlar,
Bu torpaq uğrunda,vətən
uğrunda,
İnsanlıq uğrunda bu gün savaş
var!
*