0
Yorum
0
Beğeni
0,0
Puan
893
Okunma
(silsilə şeirlər)
Yuxum ərşə çəkilib,
Gecələri yatmıram.
Bir dünya var,sonuna
Ha gedirəm çatmıram.
Yumuram,o açılır,
Sözə baxmır gözlərim.
Nə zamandır anlayan
Gözə baxmır gözlərim.
Səbr gəlir,tək gəlir,
Allah düşür yadıma.
Mələklər çoxdan yatıb,
Şeytan çatır dadıma.
Birce qədəh al şərab
Əridərmi bu qarı.
Tövbə qapısı açıq,
Əllərim göyə sarı.
Vurnuxuram quş kimi,
Qəfəsim dar,yerim dar.
Yarıb keçir qəfəsi
Gözümdəki yuxular.
Məndən bir addım yana,
Zülmət alır cənginə.
Buludların üzündə
Dönür səma rənginə.
Tüstü kimi qarışır
Buludların göçünə.
Yalvarıram,qayı tsın
Gözlərimin içinə...