3
Yorum
1
Beğeni
5,0
Puan
1077
Okunma
Məni dərddən aralayın,
Xoş söz ilə yaralayın,
Nəyim varsa uralayın,
Təkcə,elimə dəyməyin.
Çəkin dara,taxın şişə,
Od üstündə bişəbişə,
Vurun dağa,vurun daşa,
Deyən dilimə dəyməyin.
Yaram üstə kol yarpağım,
Bir ovuc məzar torpağım,
Sağ əlimdə beş barmağım,
Yazan əlimə dəyməyin.
Ah,fələyin gərdişinə,
Çıxıb getmir öz işinə,
Yansam hakkın atəşinə,
Qalan külümə dəyməyin.
*
5.0
100% (3)