2
Yorum
1
Beğeni
5,0
Puan
812
Okunma
Vaxtsız sevda,vaxtımıdı r,çıx get
başımdan,
Di,oyatma o yuxulu xatirələri.
Ah,könlüm də bezar olub ahıl
yaşımdan,
Salam vermir,salam almır nə
vaxtdan bəri.
O əsmərin ahı tutmuş bəlkə də
məni.
Dəcəl,şıltaq gəncliyimin bir xətası
bu.
Son məktubu yadımdadır.Bir də
səməni...
,,Filankəsdən filankəsə ha , çatası
bu.
İlk məhəbbət atəşinə yanan
könlünü
Dan yelinin soyuğunda üşüdən
oldum.
Unutmuram uzaqlara getdiyim
günü,
,,Salamat qal,ey qızcığaz!,, deyən
mən oldum.
Sübhün qızıl şəfəqləri
parıldayanda,
,,Ah,əlvida!,, sözü məni yola
salırdı.
Əlqapısı arxamızca cırıldayanda,
O əsmərin gözü məni yola salırdı...
Hər il bahar çiçəkləri ətir saçanda,
İnildəyir bircə-bircə qəlbimin simi.
Alır məni o illərə xəyal bir anda-
Gecə vaxtı ötüb keçən qatarlar
kimi.
Günahımdan keçsin deyə
yalvarımmı? Ah,
Nə o illər,nə o əsmər qayıtmaz
geri.
O sevdadan nə qaldı ki?Əbədi
günah,
Bir də daşa yazdığım o baş
hərfləri!
5.0
100% (1)