0
Yorum
1
Beğeni
5,0
Puan
908
Okunma
Bal arısı gülçiçəkdən ruzisini ala bilir,
Bir dərya ki,çeşmələrdən damladamla dola bilir,
Üç sim coşub bir taxtada pərdəpərdə çala bilir,
.
Bəs sən niyə yazıq gönlüm,viranəsən, dinməyirsən,
Məcnun kimi eşq əlindən divanəsən,dinməyirsən.
Yollar uzaq,ayaq tutmur yetsin bir dəm vüsalına,
Gecə-gündüz can-can deyir dilim sənin xəyalına,
Pir qalmadı qurban desin aşiq dərdinə,halına,
.
Ətrin gəlir şəfa kimi meh əsdikcə hərdən-hərdən,
Yellər dönür,yollar dönür tək sən geri dönməyirsən.
Üz tutmuşam dərgahına haqqın,təkcə səni versin,
Nə can versin bu canıma,nə imanı,dini versin,
Savabına cənnətindən Həvva yeyən dəni versin,
.
Zahid olum,abid olum hücrəndə mən,pirində mən,
Leyla da mən,Məcnun da mən,Fərhad da mən,Şirin də mən.
5.0
100% (2)