0
Yorum
0
Beğeni
0,0
Puan
1034
Okunma
Mənim yazdığıma dodaq büzməyin,
Mənim yazdıqlarım ürəkdən gəlir.
Kəlməsi kəlamdı arif olana,
Əyriyə düz gəlmir,düzə tən gəlir.
Xəzinə qazıram mən,yaza-yaza,
Gövhər axtarıram,ləl axtarıram.
Düşmən axtarmıram arxadan vursun,
Əlimi sıxmağa əl axtarıram.
Nifrətim fışqırır hər sətirimdə,
Qayəsi,amalı pul olanlara.
Məzluma,yoxsula ağalıq edib,
Özü ağalara qul olanlara.
Mənim yazdıqlarım ağ -qara deyil,
Al-əlvan naxışdı söz çələnginə.
Kitabım, dəftərim çoxdan boyanıb,
Hakkın,ədalətin o qan rənginə.
Alnım qırışmadı heç əbəs yerə,
Hamı kef çəkəndə mən dərd çəkirəm.
Dünyanı ayırıb xeyirə,sərə,
O başdan bu başa sərhəd çəkirəm.
Çoxu tərif yazır,quru söz yazır,
Yazır İblis adlı o mələk üçün.
Mən tərif yazmıram, qanun yazıram,
Yazıram dünyanı dəyişmək üçün.
*