1
Yorum
0
Beğeni
5,0
Puan
738
Okunma
--QIRMIZI--
Qız,bənövşəmisən,boynun bükülüb,
Hərdən bəndə salır camalın məni.
Gözlərim sən gələn yola dikilib,
İntizarda qoyur vüsalın məni.
İçimdə duyduğum o keşməkeşlər,
O sirli baxışlar,sirli gərdişlər,
O lalə yanaqlar,şamama döşlər...
Haldan hala salır bu halın mənı.
Sevirik dünyadan bixəbər kimi,
Tale atır bizi qoşa zər kimi,
Yumuram gözümü...Mələklər kimi
Tutub ərşə çəkir xəyalın məni.
--YAŞIL--
Ömrüm-günüm boşa gedir,
Səbrim daşa-daşa gedir,
Yarım mənnən qoşa gedir,
Gedir nazlana-nazlana.
Sənə tutkun,sənə aşiq,
Xəyallarım eşik-eşik,
Ürək dərddən dəlmədeşik,
Vurur sızlana-sızlana.
Zəliləm pir ocağında,
Uyut məni qucağında,
Bir eşq gönlum bucağında,
Qalıb gizlənə-gizlənə.
--SARI--
Gedəriyəm,yolum uzaq,
Qalan sizlərə əmanət.
Gəzdiyim,gördüyüm yerlər
Düşən izlərə əmanət.
Nədir böylə dərdin-sərin,
Bu sevdayla aran sərin,
Bağrım dələn kipriklərin
Ala gözlərə əmanət.
Gül yanağın dəlisiyəm,
Al dodağın köləsiyəm,
Bir gün dönüb gələsiyəm,
Ölsəm,qızlara əmanət.
*
5.0
100% (1)