0
Yorum
0
Beğeni
0,0
Puan
861
Okunma
Gözlərindən sevgi yağır,
Sən cilvəli,mən bir fağır,
Gündüz çağır,gecə çağır,
Gəlim səni sevə-sevə.
İstə gözümün qarasın,
Verim qəlbimin parasın,
Saçlarını qoy darasın
Əlim,səni sevə-sevə.
Sən xəzrisən,mən gilavar,
Sən ilk bahar,mən son bahar,
Qoynunda ölməyə nə var,
Ölüm səni sevə-sevə.
Sənə incik sözmü dedim,
Küsdürmüsən,bəs nə edim,
Bu dünyadan ölüm gedim,
Gulum səni sevə-sevə.
*
Xəzri və gilavar-Xəzər dənizindən kıyıya və kıyıdan Xəzər dənizinə əsən ruzgar.