0
Yorum
0
Beğeni
0,0
Puan
874
Okunma
Yaman gec qaldım...
Uzaq gedən qatarların
ardınca baxa-baxa,
gecələr şərqdən qərbə,
qərbdən şərqə uçan
təyyarələrin sayrışan
ulduzlarını seyr edə-edə
yaman gec qldım.
Getmək,uzaqlaşm aq
yaşamaq istəmədiyim
bu həyatdan,
uyuşmadığım bu
insanlardan qaçmaq
nə böyük səadət olarmış.
Mən belə deməmişdim,
mən belə istəməmişdim.
Uçmaq arzularkən
sürünmək,
yürümək istərkən
yıxılmaq...
Hüzur dilərkən
qarğaşalıq,söyü ş.
Şərəfin və ləyaqətin
bir parça çörəyin
güdazına getdiyi
bu gədə dünya
daha mənlik deyil.
Mən belə dünyada
yaşamağa gec qaldım,
çox gec qaldım.
Gec qaldım bahar çiçəklərinin
ətrini iyləməyə,
xallı kəpənəklərin
ardınca qaçmağa.
Gecələr İsa-Musa
quşunun çağrışına
hay verməyə,
bizdən o yana ötən
qu quşlarını saymağa,
ağ buludların asılıb qaldığı
mavi göyləri
içimə dartmağa
gec qaldım.
Saya corablarımı cıran
o böyürtkən kolundan
bircə gilə belə
qoparmağa gec qaldım...
Neynək,qədərmən i də
belə doladı barmağına.
Günah özümdədir.
Qaçanı qovmadım,tələsm ədim.
Sabah oldu-gec qaldım,
gələn getdi,gedən gəldı-
gec qaldım.
Bizimkilər pencəyını
götürüb taleyini
dəyişməyə gedərkən
mənim meşin bavulum
çarpayımın altında,
xəz papağım
divardan asılı qaldı.
O qalan qaldı...
...Yaşımı soruşardılar.
İyrmi beşdə də,otuzda da
qocalmışam-deyə rdim.
Dövrəmdə dolanan
dostlarım,tanış larım
danışardı,gülər di.
Mən isə bir payız
axşamı kimi
qəmli və həzin idim.
Kiçik bacımın danlaqları,
əzizlərimin tənələri belə
mənə vız gələrdi.
Onlar toy həvəsində,
gözəl gəlin arzusundaydılar ,
mən isə ikinci mərtəbəyə
qalxan pilləkənin
pillələrini sayardım.
Sanki,bu pilləkənin
sonundan
mənim gələcəyim başlayacaqmış-
yaşamağa və sevməyə
gecikmiş gələcəyim...
Hərdən anam yuxuma girir.
Üzündə təbəssüm,
baxışlarında bir nigarançılıq.
Məzarlığa gedirəm,
başdaşından şəkli
ilə mənə baxır anam.
Yuxumda gördüyüm
eyni təbəssüm,
eyni baxışlar.
Məzarı yoldan on addım
kənarda,
babamla yanaşıdır.
Yoldan keçən insanların
ayaq səsləri belə
eşidilir buradan.
Ətrafıma boylanıram.
İlahiI
Nə qədər məzar daşları varmış.
Çoxunu,lap çoxunu
tanıyırdım bu insanların.
Qəmli-qəmli mənə baxırlar
şəkillərdən.
Ağlıma gələn ilk
sualdan diksinirəm.
Bəlkə gec qalmışam?
Yooox,ölmək hələ tezdir.
Gələcəyi üçün məsuliyyət
daşıdığım çocuqlarımın
toyunu görmək,
hər bahar açan qızılgüllərin
ətrini iyləmək,
keçən payız əkdiyım
nar ağaclarının
meyvəsindən yemək,
bir də,bir də
dünyanı dəyişmək arzusu varkən
ölmək hələ tezdir,
çooox tezdir.