0
Yorum
0
Beğeni
0,0
Puan
731
Okunma
Bir yaz da belə keçdi
buraxıb mevsimləri xəzana.
Unutdum unutacağım nə varsa.
Unutdum gündüzün sıcak
nəfəsini,
axşam yelinin
üzümü oxşayan temasını.
Tənbəl cırcıramaların
cırıltısını unutdum,
İsa-Musa quşunun
həycanlı səsini,
gecələri üstündən
atlayıb geçdiyim
işıldayan böcəklərin
mavi işığını unutdum.
Unutdum unutacağım
nə varsa...
Yalın ayaqlarım
üşüyür daha.
Barmarlarım ucundan
son tikanı da
çıxarıb atıram.
Yazın son acısı
ufultularımda bax beləcə
ötüb geçir.
Gah ovcumun içindəki
həyat qırışlarına baxıram,
gah da saralan
yarpaqların damarlarına.
Ansızın bir sızıltı
geçir qəlbimdən,
necə də olsa
bənzəyirlərmiş, sanki...
Xatirə dəftərimin
son varağında
bir xəzan yarpağına
yer saxlamışam,
lap əskilərdə olduğu kimi.
...O qız yadıma düşür.
Qonşu partadan
gizlin-gizlin mənə baxan
o qız.
O mənə baxardı,
mənsə karton
qoxulu kitablara.
Haçansa ədəbiyyat dərsində
xatirə dəftərini
vermişdi mənə-
bir şeylər yazım deyə.
Arasına bir yarpaq da
qoymuşdu-
yam-yaşıl bir yarpaq.
Yazdım:
-Min şeir deyilsin a qızlar,sizdən,
Bu gün demək üçün sözüm var
mənim.
Hələ birinizi seçməmişəm mən,
Sizin hamınızda gözüm var
mənim...
Günlər sonra dostumda
gördüm həmin dəftəri.
Xatirə yazmağa almışdı,
vərəqlərini çevirir,
astadan oxuyurdu.
Mənsə ötəri baxardım,
elə-belə...
Arasındakı yarpaq başqaydı.
Amma,yaşıl deyil
sapsarı xəzan yarpağıydı.
Çox sonralar anladım...
Hər xəzan o qızı
xatırlatır mənə,
hər sarı yarpaq
anlamadığım gönül
sevdasını.
Unutulur qışın
son ucunda bahara,
yazın son ucunda
xəzana dönən
mevsimlər.
Unutulmayan təkcə sevdalardır-
xəzan yarpağı kimi
saralan sevdalar...
*