1
Yorum
1
Beğeni
0,0
Puan
791
Okunma
Mən hər oda,közə yanan deyiləm,
Mənim ocağımın odu gərəkdir.
Hər gülə,çiçəyə qonan deyiləm,
Mən qonan çiçəyin dadı gərəkdir.
Qoy məni öldürsün mənə baxan
göz,
Hər mavi gözlərə gözüm
baxmayır,
Nzlana,nazlana keçib getmə,qız,
Hər ötən qızlara suyum axmayır.
Nəyimə gərəkdir o sevda,o eşq,
O sevda içində bişib ölməsəm.
Nəyimə gərəkdir o sevda,o eşq,
Yüz yol ayağına düşüb ölməsəm.
Hər sevda ətrilə öyünməsin çox,
Mənə bihuş edən qoxu gərəkdir.
Eşqin,məhəbbəti n iztirabı yox,
Ürəyimdən vuran oxu gərəkdir.
Axan göz yaşları mənə mey olub,
Gözümü açmamış yenə
yummuşam.
Tanrıdan istəyim bircə şey olub,
Məcnunu öldürən eşqi ummuşam.