4
Yorum
4
Beğeni
5,0
Puan
804
Okunma
Mən son şarkılarımı söyləməyə
gedirəm.
Ayrılığın çaldığı
bəmtellərin iniltisi
tren istasyonlarında
məni bəkləyir,
bir zamanlar sənin
bəklədiyin kimi...
Bir Özhan Eren
şarkısı səslənir
telefonumun qulakcığında.
...Yadındamı,hız
trenlərini bəklədiyimiz
o anlar.
Sən perronda gəzərdin,
mənsə sevgi dolu
baxışlarla sənə
baxardım.
İstasyon boyu axan
somsoyuq havadan
əllərin gömgöy,
yanaqlarınsa qıpqırmızı
olardı.
Üşüyərdin payızın
son günlərinin soyuğunda,
lap qışın şaxtasında
üşüdüyün kimi.
O bumbuz əllərini
ovucumda isidərdim.
Sıcaq nəfəsimizin
ilıq buxarları
qarışardı bir-birinə.
Əllərin əllərimdə
qəlbinsə göğsümdə
titrəyərdi.
Sevdalı gönlümdən
dodaqlarıma hopan
atəşi təkcə, o balaca
əllərində söndürə
bilirdim,
başqa heç nə...
Bir ömür yaşayardıq
tren istasyonunda,
sevdalı bir ömür.
Keşgə uzansın deyə.
Trenlərsə gecikərdi,
sanki,mənim istəklərimi
duyarmış kimi gecikərdi...
O trenlərdən biri
alıb götürdü
məni bir gün,
səndən uzaqlara.
Arxamca baxmışsın mı,
baxmamışsın mı,b iləməm.
Ya,bir ovuc su atmışsın,
ya da əlvida
demişsin,
bəlkə də ağlamışsın
son hıçkırtılarınla .
Ayrılıq adına
bir damla yaş
tökülmüş gözlərindən,
yamyaşıl otların üstünə,
sabahın dupduru
şehi kimi.
Amma,heç nə dəyişməmiş...
"Kara trenler"
geriyə dönmür daha...
Bəlkə,bəlkə bir gün
döndüm sənə,
döndüm o istasyonlarda
yarı qalmış sevdalı
ömrümüzü yaşamağa.
Əgər,məni unutmamışsansa. ..
O pəmbə buludların
axıb getdiyi
səmaya baxirmısın,hiç?
Bir ucu içində olan
bənzərsiz hisslərin
o biri ucunda,
bəmbəyaz buludların
ötəsində ararsın məni.
Hər bahar dönən
durna qatarlarının
sırasına baxarsın,
bəlkə bir gün
dönüb gəldim,
durnalara tutunub da
gəldim...
*
5.0
100% (3)