1
Yorum
0
Beğeni
5,0
Puan
915
Okunma
Sələf və xələf
Mərd atadan mərd doğular,
Namərddən namərd doğular,
Dərdəcərdən dərd doğular.
Doğuzduran, doğan gərək
Doğru, dürüst olsun sələf.
Səfil, səfeh, sərsəridən,
Səviyyəsiz, sərsəm, səydən
Sərasər sırf səy doğular,
Bəydən də ki, bəy doğular,
Xələf gərək olsun xələf.
Cəhrə, kiriş, iy əyrisə,
Əyirsə də, düyün kələf.
Ay Səngərli, diləmə əfv,
Xata, xain, xəstə xələf
Doğulmazdan olsun tələf.
~~~~~~~~~~~~~~~~~~~~
10.04.2012
5.0
100% (1)