0
Yorum
0
Beğeni
0,0
Puan
804
Okunma
Bağla bazarı
Qərib durna qatarı
Kökləsin kaman, tarı,
Bəlkə əriyə barı
Qəlbimdən quzey qarı.
Qəriblikdə güneyim,
Necə dözürsən neyim?
Açılarmı heç keyim,
O sayrıdı mən sarı.
Dərdimiz qarıyıbdı,
Yağıdan yarıyıbdı,
Qayğılar sarıyıbdı,
O gülüstan, gülzarı.
O kimsəmdi, kimimdi,
Axan qanlar kimindi?
Danışdıran kinimdi,
Eşitsin koru, karı.
İndi hansı zamandı,
Küt beyinlər dumandı,
Ünüm ərşə ümmandı,
Babam, bağla bazarı.
Gündə gəlir on NOTA,
Köklənmişik min nota,
Gərək girək NATO-ya,
Dəyər xeyiri, karı.
Bülbüllər bala verər,
Çəmənlər lala verər,
Yağılar dala verər,
Çəksə qılınc azarı.
~~~~~~~~~~~~~~~~
25.03.2012-ci il