0
Yorum
0
Beğeni
0,0
Puan
795
Okunma
Sanma sağlaram
Ərş uzaqdı, əlim çatmaz,
Buludlara dişim batmaz,
Sərsəm qəlbim oyaq, yatmaz,
Oturub zar – zar ağlaram.
Vaxt da keçir aram – aram,
Bu gün varam, sabah yoxam,
Divardan asılar soxam,
Bax onda solmuş bağlaram.
Qələm dolu darağ ola,
Yara vuran yarağ ola,
Bir də bir ağ varağ ola,
Onda dağları dağlaram.
Dönə - dönə döyün ürək,
Döyünməyin mənə gərək,
Sən də bərk əs, kəs ey külək,
Çaylarda sel tək çağlaram.
Ov insafsız, ovçu xəstə,
Durnalar da dəstə - dəstə,
Qaqqıldaşar zildə, pəsdə,
Dəstəyə dastan bağlaram.
Gözüm qalar gözəllərdə,
Naz eyləyər gözəllər də,
Qəmzələri qəzəllərdə,
Mənsə təklikdən zağlaram.
Bir mesaj yaz oxuyum mən,
Misra – misra qoxuyum mən,
Sözdən çələng toxuyum mən,
Boşalmış bostan, tağlaram.
Ahu, tutar səni haım,
Dolar, boşalar mey camım,
Cəfa çəkən cismim, canım,
Səngərli, sanma sağlaram.
~~~~~~~~~~~~~~~~~~~~
01.04.2012-ci il