0
Yorum
0
Beğeni
0,0
Puan
1275
Okunma

Xilafət var idi ,mayası qorxu
Gözlər qamaşdıran ,ali görünən
Olsa da əzbəri dilində Quran
Ölümdür silahı,hələ görünən
Qorxuda bərqərar gördü dünyanı
Həyatla ,Alinin bəs fərqi hanı?
Bağdaddan Hindəcən qəsbi -məkanı
Boşluğu tarixin dolu görünən
Odalar bəzənib ,ləli- bədəxşan
İnsansız çox quru ,həşəmət ,yalan
Hərəm murdarlığı rüsvayi cahan
Təsdiqi -Şəriət,halı görünən
Təmtəraq boşluğa gecə tək qondu
Zamanı var edən Babəkim oldu
Ürəyi Şirvinli,Azadlıq odlu
Göylərə yüksəldi ,yolu görünən
Azadlıq aşiqnin qanı çox baha
Erməni dövləti yaratdı daha
Yalan ayaq tutdu ,yürüdü hara?
Zülmət işıq olmaz ,nuru görünən
Utanmaz bu tarix,utanmaz zaman
Babəklər doqurur zülmündən İran
Düşünən başları kəsib doğrayan
Bumu haqq ,Ədalət adil görünən
Qanunu rezin tək necə istəsən
Mənliyin tapdaqda -----doğrunu desən
Şər ,böhtan .pastara adi görsənən
Vəzifə borcuymuş ,feli görünən
Qarlı zimistandır ,yazı ,baharı
Ölüm, qorxu,dəhşət sarar canları
İranda qüdsiyyət "dar ağacları"
"Allahu əkbər "deyər,əksi görünən
rezin --lastik
Azadlıq aşiqmin qanı çox baha
Erməni dövləti yaratdı daha----------23 il başı Bağdadda ayağı Hindistanda olan xilafəti yerindən sarsıdan Babəki erməni Səhl Sumbat böyuk məbləğdə pula satmışdır. və həmin pulu (qızılı--altunu) ərəb xəlıfəsi Möhtəsim ödəmiş. o pula -paraya erməni --Baqration dövləti yaradılmış. erməninin dölətinin özülündə satqınlıqları ilə aldıqları haram pul dürür.
tarıxdə Spartakı da erməni taciri satdı. söz verdiyi gəmiləri gətirmədi