11
Yorum
2
Beğeni
5,0
Puan
1758
Okunma
Əbədiyyət nədir görən?
"Əbədini dünyada mən əbədi sanmadım."
Bəxtiyar Vahabzadə.
Doğsa bir gün qərbdən Günəş,
Çıxarsa Yer məhvərindən,
Çaylar itirib başını,
Dərya qopsa ləngərindən,
Ekvator da dönüb buza,
Ay yox olsa səngərindən,
Yupiterlər, merkurilər
Bir-birinə dəyə-dəyə,
Viran, talan, darmadağın
Yığılarsa bir nöqtəyə –
Bax, budursa əbədi son
Hanı onda qütb, ya yön?
Əbədiyyət nədir görən?
Pozulsa Yerin pərəndi,
Günəşin yaddaşı, zəndi,
Çırpılar əcaib daşa,
Daşlar gələr qoşa-qoşa.
Dəhşət bağlayar qarşını,
İnsan itirər başını.
Sonda kainat da sönər,
Başlanğıc yerinə dönər,
Əvvəl bizə gülər fələk,
Açılar başına kələk,
Mələklərin izi qalmaz,
Heç Allahın özü qalmaz,
Əbədiyyət nədir görən?
Elbəyi Cəlaloğlu
5.0
100% (9)