4
Yorum
8
Beğeni
5,0
Puan
1139
Okunma
Elbəyi CƏLALOĞLU
Bir qız gördüm
Bir qız gördüm şəfəq saçıb,
Üzü Aydan görməlidir.
Can bağında güllər açıb,
Hər birisi dərməlidir.
Gözü nur dolu piyalə,
Dili lilpar, dodaq lalə.
Saçlarının yanı halə,
Arxasından hörməlidir.
Qaşı andırır hilalı,
Gözü ulduz tək cilalı.
İslamın bu rəmzi-halı,
Sirri Haqdan sormalıdır.
Tellərində yasdan boya,
Ürkək gəzir baxıb qıya.
Qaşında zülmətdən maya,
Kirpikləri sürməlidir.
Elbəyi, dürdəndi dişi,
Əl-ayağı rəssam işi.
Görməsin deyə bir kişi,
Nazik beli tirməlidir.
13.02.2015
5.0
100% (5)