19
Yorum
17
Beğeni
5,0
Puan
3284
Okunma

Allahu-əkbər
1914-cü ilin dekabrında Rus işğalı zamanı Sarıqamışda 78 min Türk şəhidini qoynuna almış Allahu-əkbər dağına
Osmanlı dövrünün son illərində,
Düşməndən gəldi şər, Allahu-əkbər!
Yazdı al qanıyla türk aslanları,
Zirvəndə şah əsər, Allahu-əkbər!
Komutan görməyib tığla qarını,
Qış vaxtı dağların buz hasarını,
Onunçün vermədi düz qərarını.
Bu oldu bir məhşər, Allahu-əkbər!
Mehmetlər baharın əlbisəsilə,
Üstündə lap cüzi azuqəsilə,
Qışda vətən, torpaq əndişəsilə,
Cumdu doxsan min ər, Allahu-əkbər.
Haqq Sarıqamışa varid olanda,
Türk yenilməzliyə şahid olanda,
Yetmiş səkkiz mini şəhid olanda,
Ağladınmı zar-zar, Allahu-əkbər?
Bütöv türk elini - Qafqaz, Türküstan,
Sandı Ənvər paşa bir can, bir bədən.
Müqəddəs imdada yetmədi nədən,
Bu da ilahi sirr, Allahu-əkbər.
Yoxsa sultanınmı vardı nöqsanı,
Kimsə gizlətməzdi yüz il bu anı?
Üstünə tökülmüş şəhidlər qanı,
Sənə sonsuz ömür, Allahu-əkbər!
Qar-boran yolları bağlayır qışda,
Sızılayır qayalar, ağlayır daş da.
Ağıllar bir daha çaşmasın başda,
Budur böyük zəfər, Allahu-əkbər!
Səni qoruyacaq, sərin ol, sərin,
Böyük bir ordusu buz heykəllərin.
Elbəyi adında qalıb bir ərin,
Qoynunda saxla yer, Allahu-əkbər!
02.02.2013
Elbəyi Cəlaloğlu
5.0
100% (17)