9
Yorum
8
Beğeni
5,0
Puan
1978
Okunma
Nəfsin yeddi məqamı
Bədənlə ruh çəkişmirsə, yoxdur vəsilə ömrə,
Nəfs öz yeddi məqamıyla eyləyər buna çarə.
Cahillikdən kamilliyə gedən savaş yoludur,
İlahinin bu meydanı hər məhrəmi-əsrara.
Əgər zəfər arzusuyla döyünərsə ürəklər,
Yalnız zəka, savad, ədəb, vicdan yetişər kara.
Qonaq edər səbirsizi əvvəl hər cür afətə,
Ədəbsizlər ölkəsinin şahı nəfsi-əmmarə.
Tutduğu pis əməllərdən varsa olan pəjmürdə,
Çatıb nəfsi-ləvvaməyə, meydan oxuyar şərə.
Haqdan yerə tənəzzüllə gəldiyini duyanlar,
Nəfsi-mülhiməylə dönər şövqünə üsyankara.
Bu dünyadan təcrid olan nəfsi-mumtainədə,
Fani bir şey arzu etməz, könlü götürməz qara.
Elə ki, qəlb təmizləndi, şükür etdi Allaha,
Nəfsi-raziyə anında eşqini bağlar Yara.
Kimi çəksə ruh özünün on doqquz xislətinə,
Nəfsi-mərziyə evində dost olar şeyxə, pırə.
Bundan sonra bir zirvə var, əlin çatmaz Elbəyi,
Bu an nəfsi-kamilədir, xasdır tək peyğəmbərə.
Elbəyi Cəlaloğlu
5.0
100% (9)