11
Yorum
2
Beğeni
5,0
Puan
1302
Okunma
Yalan dünya
Tanrının qüdrətinə bağlanan düşüncəmi
Tanrı ocaqlarilə qalayanı görmədim.
Cığırlara, yollara səpələnmiş cismimi
Toplayıb qətrə-qətrə calayanı görmədim.
Sonu görürdüm deyən ağladım doğulanda,
Anlamadı sevincdən qucanlar bu dünyanı.
Bu işıqlı həyatın manqurt qaranlıqları,
Silib saf yaddaşımı, yenidən yazdı onu.
Vaxtı yaşamadım ki, çeynədim ağır-ağır,
Ürəyimdən daş asdı taleyimi yazan da.
Başa ağıl qoymamış kor etdi gözlərimi
Vaxtlı-vaxtsız gördüyüm yuxuları yozan da.
Tutammadım nəbzini nə zamanın, nə vaxtın,
Ayıldım bu ömrümün uralanmış anında.
Görəmmədim keçmişi, varmadım gələcəyə,
İtib-batdım dünyanın ağarmış yalanında.
Elbəyi Cəlaloğlu
5.0
100% (7)