5
Yorum
5
Beğeni
5,0
Puan
2266
Okunma

Nəvəm Mələyin bir yaşına
Ümidimsən sabaha,
Bir nisgilim yox daha.
Bənzəyirsən Allaha,
Üzü mübarək qızım,
Ay mənim Mələk qızım!
Həyatımın varısan,
Könlümün baharısan,
Bağçamın nübarısan,
Ətirli çiçək, qızım,
Ay mənim Mələk qızım!
Gəl dolanım başına,
Heyranam bir yaşına,
Əl eylə qardaşına,
Tez gəlsin görək, qızım,
Ay mənim Mələk qızım!
Səni arar hey gözüm,
Olmusan şirin sözüm,
Yoluna güllər düzüm,
Mənimlə gedək, qızım,
Ay mənim Mələk qızım!
Nənəmiydin bir zaman,
İndi nəvəmsən haman.
Elbəyi sənə qurban,
Gözəllikdə tək qızım,
Ay mənim Mələk qızım.
5.0
100% (5)