4
Yorum
6
Beğeni
5,0
Puan
1623
Okunma

Səndən ötrü ölürəmmiş, sən demə
Nə qədər ki yanımdaydın, sevgilim,
Deyirdim ki, ötəri bir həvəsdir.
Hicrət etdin gözlərimdən qəflətən,
Anladım ki sənsiz ömrüm əbəsdir.
Görən deyir, – bu nə haldı düşmüsən, -
Gündən-günə solurammış, sən demə.
Ətəyindən tök daşları, qayıt gəl,
Səndən ötrü ölürəmmiş, sən demə.
At çapırsan qəm çölündə könlümün,
Üzəngiylə döyəcləyib qarnına.
Gəl barışaq, yəhər üstdən sən əyil,
Mən də qalxım ayağımın burnuna.
28.02.2013
Elbəyi Cəlaloğlu
5.0
100% (8)