9
Yorum
3
Beğeni
5,0
Puan
1935
Okunma
Üç qatı var hər insanın
Dilim danışa bilməyir,
Səni düşündüyüm qədər.
Düşüncəmdə həm haqlısan,
Dürlü-dürlü səhvin də var.
Düşünürəm nəyin varsa,
Əyrini də, düzünü də.
Mühit qoymur söyləsin dil,
Bildiyimin yüzünü də.
Düşüncə “mənlik”dir demək,
O deyəni “mən” deyəmmir.
Ruhsa safdır, nə mənliyi,
Nə də məni heç bəyənmir.
Ruh bədəndə fövqəl bəşər,
Çox ali bir sükançıdır.
Hikmətini baha-baha,
“Mən”ə satan dükançıdır.
Üç qatı var hər insanın,
Düzdürsə əgər gümanım,
Biri mənəm, bir mənliyim,
Bir də, bir də ruhum mənim.
25.04.2009
Elbəyi Cəlaloğlu
5.0
100% (5)