4
Yorum
0
Beğeni
5,0
Puan
2059
Okunma

Ay günəşlə dalaşır
günəş ağıla
ay qəlbə güvənir qalibiyyət müvəqqətidir,
hər şeydə olduğu kimi....
Sən də mənlə dalaşırsan
amma
nə sən məni
məğlub etmək istiyirsən
nə mən səni...
Dalaşan
sənin bədbəxt şairlərin
mənim intihar edən dahi yazıçılarımdı.
Dalaşan
ideyalardı,
mövqelərdi,
hisslərdi,
müəmmalı həyatlardı....
Bəlkə
bizə cismimiz mane olur?
Odur, xeyirxah
külək əsir
bir səhra vadisində.
Beləcə dalaşa-dalaşa
intihar edək,
bu ölüm qoxuyan vadidə.
Azad edək ruhumuzu
həqiqət axtaraq
səhvlərimizdə,
zamanda...
Qumların rəqsində
sirrli həqiqətə çevrilək...
Yaşamaq yanğısı qədər
çılğın
əcəl zəngi kimi
həzin
külək əsir
bir səhra vadisində....
5.0
100% (5)