2
Yorum
0
Beğeni
5,0
Puan
1497
Okunma

Sənin
qalxdığın pilləkanlar
kilsəyə gedən yoldakı
pilləkanlar kimi
müti və qorxaq...
Addımların
qulaqlarımda
kilsə zəngi kimi
lal və dəhşətli səslənir...
Sözlərin
kilsə şamları kimi
işıqsız və yox olmağa məhkum...
Sənin
qalxdığın o qara pilləkanların
hər pilləsi
yaşanmış illərinin tablosudu.
Dayanma
pilləkanlar qalxmaqçündür...
Mən
sənin mənə aşiq olmaq ehtimalını
sevdim.
Mənim ehtimallarım
sənin
ayaq səslərin kimi lal
sözlərin kimi işıqsız
pilləkanların kimi qorxaq
deyil....
5.0
100% (3)