3
Yorum
0
Beğeni
5,0
Puan
1304
Okunma

Məni qocaldan,
susduran,
saçlarımı ağardan
bütün vaxtı ötmüş
xatirələrimi,
əhvalatlarımı
atdım
kimsəsizlərin yeməkxanasına.
Gecə
kimsə yandırdı
acların ümid yerini.
Zülmətin sayrışdığı gecədə
aydın gördüm
usandığım dostlarımı
qulağımı qaşındıran sözləri
fikirlərimi qarışdıran
həyatıma düyün salan
bütün hadisələri....
Yandı, hamısı yandı.
Bir ovuc kül oldu...
Yüngülləşdi yer kürəsi
qəlbim kimi...
5.0
100% (3)