3
Yorum
0
Beğeni
4,5
Puan
1223
Okunma

Asılı qalıdı
arzularım
bir şam ağacından.
İstəklərimlə bəzəmişdim onu
Yeni il oyuncağı əvəzi.
Məni fəsillərdən fəsillərə
keçməyə həvəsləndirən də
o ağacdakı rəngarəng diləklərim oldu...
Ama o ağacın
nə işıqları vardı
nə yanında hədiyyələri
nə də başında yanan ulduzu....
Ağac böyüdü
qocaldı
başı buludlara toxundu,
amma
arzularım eləcə
asılı qaldı...
nə solmadı
nə köhnəlmədi
nə sınmadı
eləcə asılı qaldı...
İşıqsız, hədiyyəsiz, ulduszsuz.
Mənim arzularım
zamanı da qocaltdı.
Artıq....
kəsmək istiyirəm,
o ağacı...
5.0
50% (1)
4.0
50% (1)