5
Yorum
0
Beğeni
5,0
Puan
1088
Okunma

Təbrik aldım
sərin avqust səhəri
mamır qoxulu sahildən...
Ad günü mahnısını oxudu
ayağımın altında xışıldayan balıqqulaqlarıyla,
sahilə çırpılan ləpələr.
Başımın üzərində
buludlar əl çaldı.
Gülümsündüm.
Mən də hədiyyə verdim
şeirlərimi
butulka içində atdım dənizə.
Hansısa balıqçının
tapaçağı ümidi ilə....
Mənim keçmiş günlərimə
qayıtmaq ümidim kimi...
Sənin
məni təbrik etməyinin ümidi kimi...
Təbrik aldım
doğmalardan, dostlardan, məni tanımayanlardan.
Bir il də itirdim gəncliyimdəm.
İtkimə görə bolluca təbrik aldım
Başın sağ olsun əvəzi.
Təbriklər, təbriklər...
Artıq bəsdi!
İmkan verin kədərlənim...
5.0
100% (4)