6
Yorum
1
Beğeni
5,0
Puan
1440
Okunma

Bir novella yazdım
səndən bəhs edən.
Orda dostların, tanışların vardı,
orda işlərin uğurların vardı,
mən də vardım....
Sənin əhvalatını yazdım
olmuş hadisələr uydurdum,
gecə və gündüzlə bəzədim,
xöşbəxtlik və bədbəxtliklə mənalandırdım.
Qısa bir həyat qurdum,
mən də vardım orda....
Bütün həyatlar kimi
sənin həyatında da
yazın və yayın gətirdiyi
kədərin üzərini
payız xəzəliylə, qış qarıyla örtdü.
mən də vardım bu həyatda...
Beləcə yaşadın
qələmimin rəqsində,
ağ kağızın köksündə
dodaqlarımda oynayan sözlərdə....
Sonda üç nöqtə qoydum.
Dünən bir nəfərin
novellamı oxuduğunu eşitdim.
Orda mən yox idim...
5.0
100% (4)