1
Yorum
0
Beğeni
5,0
Puan
1116
Okunma
Bədbəxtlik ver mənə
bir az xöşbəxt olmaq üçün.
Baxışların izləməsin
kölgəm kimi
sürünməsin arxamca...
Bədbəxtlik ver mənə
yaşamağı bir azca dadmaq üçün.
“Bəlkə də” kəlməsində,
istehzalı gülümsəmədə
öldür ümidlərimi....
Bədbəxtlik ver mənə
gözlərdən dodaqlara qədər
ömür yolu keçən göz yaşları kimi
saflaşım,
mənləşim bir az....
Bədbəxtlik ver mənə
deyilməyən sözdə,
oxunmayan kitabda,
gizlənim bir az....
bədbəxtlik ver ki,....
bəlkə
özümü itirdiyim dünənimlə
özümü tapacağım naməlum gələcəyimə
yol tapa bilim...
Sadəcə...
Yoxsul bir zaman ver mənə
bədbəxtlik ver mənə....
5.0
100% (2)