1
Yorum
6
Beğeni
5,0
Puan
81
Okunma

Görəsən zülmə dözən millətimin səbri nədir?
Buna bir ad verərəm bilsəm əgər tövrü nədir?
Ya da boş ver bu qədər səbrini keç, tövrünü keç.
Hər şeyə ölçü qoyub xəlq edənin cəbri nədir?
Rəhbərin xisləti məlumdu ki, zalimlikdir,
Bizə Allah olanın fikri nədir, əmri nədir?
Hansı rəhmin sifətinnən danışım kafirə mən,
Adamın göz(ü)nə soxurlar bu həyat cövrü nədir?
Yaşamaqçun yaradıbsansa əgər bizləri sən!
O zaman zülmünə ehsan ömürün qəhri nədir?
Qınadım Xaliqi, rəhbər hədəfimnən qaçdı,
Yenə fəhm eyləmiyən bilməyəcək sirri nədir?
Nə üçün Xaliqə ərzimdə şikayət etdim?
Ki bilinsin bizə rəhbər olanın mehri nədir!
Gələcək xalqına yaz tarixi, amma Anarı,
Oxuyanlar biləcək şahlığuvun dövrü nədir?
Müəllif: Anar Əhəd
5.0
100% (3)