1
Yorum
5
Beğeni
5,0
Puan
114
Okunma
Öz eşqini yazdın mənə ömrüm həzin olsun.
Əhsən sənə Allah, sənə min afərin olsun!
Müsaya qaranlıqda alov lütf eliyirsən,
Zülmətdə yolun tapmağa rahət, əmin olsun.
Xalqın alovun yanmağa məndən yaradırsan,
Ta məhşərəcən millətə canım zəmin olsun.
Musaya olan rəhminə baxdım, nəyi gördüm?
Heç əqlimə gəlməzdi ki, fərqim dərin olsun!
Xatırla ki, öz lütfünü İbrahimə etdin,
Et barı mənimçün də zərərsiz, sərin olsun.
Haqqımda qərar eylədiyin hər nədi bilməm.
Tək bildiyim indən belə məndən çətin olsun.
Səbr eylə Anar, çün bu həyat dərsi sənindir,
Öyrən onu hər atdığın addım mətin olsun.
Müəllif: Anar Əhəd
Taha surəsi 9-14
Nəml surəsi 7-12
Qəsəs surəsi 29-30
Ənbiya surəsi 69
5.0
100% (3)