1
Yorum
6
Beğeni
5,0
Puan
145
Okunma
Eşq aləmi hikmət dolu dərya, qəmi vardır.
Dərya səni cəlb etdisə, dünya qəmi vardır.
Sən Xaliqi sevmək belə asanmı sanırsan?
Məcnun kimi aşiqlərə Leyla qəmi vardır.
Eşqin ki böyük oldusa, Allah tərəfindən,
Ağır sınağın yolları, hətda qəmi vardır.
Təklik məni haqlar sözü düz, haqqı deyəndən,
Qəlbimdə mənim ol Əli mövla qəmi vardır.
Səbr et ey Anar, çün o Hüseynin yoludur bu,
Tarix boyu eşq əhlinə sevda qəmi vardır.
_ _ _ _ _ _ _
Müəllif: Anar Əhəd
5.0
100% (3)