0
Yorum
4
Beğeni
0,0
Puan
79
Okunma
Ələq surəsi 1-5 ayələr
------------------------------------
Oxu insan oxu, Rəbbin yetirən canı oxu!
Laxta qandan yaranan xilqəti, insanı oxu.
O kərəm sahibidir yazmağı öyrətdi sənə,
Sən cəhalətdə ikən etdiyi ehsanı oxu!
İlk enən ayədi qarşında nə vardır oxuya?
Sənə örnək verəcəm növbəti ünvanı oxu!
Bu cahan mülkünə göz seyrinə çıx qüdrətə bax,
Gözlərin gördüyü hər nəsnədə Rəhmanı oxu!
Sənə təfsir elədim ayəni əş’ar ilə mən,
Ağılın fəhm eləsin doğrunu, nöqsanı oxu.
Şairin şe’rinə ya Rəbb üfürüb can ver ki!
Bu həqiqətləri örtənlərə meydanı oxu.
Necə peyğəmbərinin köksünə etdin nazil,
Anarın qəlbinə ilham ilə Qur’anı oxu.
Müəllif: Anar Əhəd