1
Yorum
4
Beğeni
5,0
Puan
75
Okunma
Qızımın xoşdu nazı, naz eləsin.
Bu nə nazdır? Eliyən yox beləsin!
Səni Allah yetirib məqsədi var
Evimin hər yerinə nur çiləsin
Ata niyyət diləsin,
Ana etsin təzəsin.
Bizi sənnən bəziyən,
Sənə dünya bəzəsin.
[×2]
Ay mənim Əsna qızım
Ömrümə məna qızım.
Mənə dünya nə gərək,
Varlığın dünya qızım.
Öpəsən, dişləyəsən, ağladasan.
Küsə səndən elə, peşman olasan.
Barışıb bir gülüşün almaq üçün,
Nə sifariş verə ondan alasan.
Gülüşün qəlbə naxış.
Küsməyin ayrı baxış.
Sənə qurban olaram,
Mənə hər halla danış.
[2]
Ay mənim Əsna qızım
Ömrümə məna qızım.
Mənə dünya nə gərək,
Varlığın dünya qızım
[4]
Ay mənim Əsna qızım
Ömrümə məna qızım.
Mənə dünya nə gərək,
Varlığın dünya qızım
Müəllif: Anar Əhəd
5.0
100% (1)