0
Yorum
4
Beğeni
0,0
Puan
109
Okunma
Sür ömür keyfi- damağnan kasıbın haqqına girmə,
Yaşa dövranı marağnan kasıbın haqqına girmə.
Sənə ofis yaraşır daş nədi, karyer nədi oğlum?!
Nə ölürsən tozanağnan? kasıbın haqqına girmə!
Səni kəndin kəsəyindən çıxarıb işrətə saldım,
Vurușub otnan alağnan kasıbın haqqına girmə.
Nə vətən sevgisidir bu? Bakıdır tək vətənin, sev!
Nə ișin var Qarabağnan? kasıbın haqqına girmə.
Canım oğlum, vətənin uğruna ölmək sənə qalmış?
Yeri qaç qərbə uçağnan kasıbın haqqına girmə.
Budu insan, budu halət, belə insanlığımız var,
Bu müasir yeni çağnan kasıbın haqqına girmə!
Kasıbın haqqıdı zillət yaşasın yazma Anar day,
Bu qələmnən, bu varağnan kasıbın haqqına girmə.
Müəllif: Anar Əhəd
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.