3
Yorum
7
Beğeni
5,0
Puan
198
Okunma

Qarışdı torpağa bir qəhrəman Polad Həşimov.
Ayırdı ruhunu candan cavan Polad Həşimov.
Şəhadətin yoludur ruh verən igid ərənə,
Yaratdı xanədə can içrə can, Polad Həşimov.
Haçansa sən açacaqdın şəhadətin qapısın,
Vətən üçün eliyən canfəşan Polad Həşimov.
Həyatda bəndələrin bir sınaq hekayəsi var,
Vətən yolunda verib imtahan Polad Həşimov.
Vəfası, xisləti hər an üzündə əks olunub,
Dəyərli, xoş, gülərüz, mehriban Polad Həşimov.
Bu gün onun ölümündən yenə bir il ötdü,
Ürəkdədir, yaşayar hər zaman Polad Həşimov.
Anar da vəsfini qılmış yolunda vəhyi qədər,
Bütün nəsillərə çatsın rəvan Polad Həşimov.
Müəllif: Anar Əhəd
5.0
100% (3)