1
Yorum
2
Beğeni
5,0
Puan
160
Okunma
Dünyada nə çox ümmət, bədbəxti müsəlmandı.
Üstündü, fəqət halət! Bədbəxti müsəlmandı.
Osmanlıya yalvarmış, torpaq uman İsrail,
Dünyaya salıb vəhşət, bədbəxti müsəlmandı.
Osmanlı çökən gündən, şərqin qanı durmur heç,
Hər il yeni bir dəhşət, bədbəxti müsəlmandı.
Bir əsri tamam etdik, vəhdətdən əsər yoxdur,
Yetməz bu qədər müddət? Bədbəxti müsəlmandı.
İran ilə İsrail, göstərdi əmin oldum.
İsbatı budur əlbət, bədbəxti müsəlmandı.
Farsın gözü görməz Türk, Türkün gözü görməz Fars.
Neyçündü bu cür nifrət? Bədbəxti müsəlmandı.
Dərd etmə Anar neynək, ümmətdə ağıl yoxdur,
Bir çarə deyil töhmət, bədbəxti müsəlmandı.
Müəllif: Anar Əhəd
5.0
100% (1)