0
Yorum
2
Beğeni
0,0
Puan
130
Okunma
Sən kağız üstünə xəttat əsəri, Rəhman olan.
Mən sənin qüdrətinin xilqətiyəm, insan olan.
Sən məhəbbət dəmi vurmuş yalanı Qur’an olan.
Mən bu əfsanəyə uymuş, usanıb peşman olan.
Qəmi əş’ar elədim çün yolu şair yoluyam.
Acı qəmdən boğulan qarə bulud tək doluyam.
Yağacam üstüvə leysan kimi qopmuş qoluyam.
Bu həyat səhnəsinin sən yazarı, mən roluyam.
Sən sınaq ismi qoyub zülm eliyən, Sübhan olan.
Mən fəqir, zülmüvə susmuş ömürû viran olan.
Tanıdır ayələrin aləmə mərdanə İlah.
Gəl tanıd aləmi görmüş oyaq insanə İlah.
Heç olar qanə boyanmış acı dövranə İlah?
Varlığın yox kimi bir şey, olub əfsanə İlah.
Sən qəzəllərdə qalan xatirəsən, canan olan.
Mən xəyallarda ömür məhv eliyən nadan olan.
Tərk edib zikrini şeytan ilə cövlan eləsəm.
Hər günah içrə batıb ruhumu zindan eləsəm.
Yenə bir faydası yox rahına tüğyan eləsəm.
Çünki, fitrətdədi eşqin, necə üsyan eləsəm.
Sən bu qəlbimdə sağalmaz yarasan, al-qan olan.
Mən də qasnaq qaşıyıb öz canıma duşman olan.
Müəllif: Anar Əhəd