0
Yorum
3
Beğeni
0,0
Puan
386
Okunma
Mən sənə bəlkə də uzağam hələ
Sən daha yaxınsan şah damarımdan
Sənin vüslatının həsrətindəyəm
İllərim əridi intizarımdan
Deyirəm nə yaxşı oldum ram sənə
Ən böyük məhəbbət, ehtiram sənə
Hələ çox əl açıb yalvarram sənə
Madəm xoşun gəlir ahu zarımdan
Yanım Kərəm kimi, kül eylə məni
Könül bağçasına gül eylə məni
Özünə qul kimi qul eylə məmi
Bir qul inşa eylə, dərd, qubarımdan
E.B.