1
Yorum
7
Beğeni
5,0
Puan
805
Okunma

Mən aşıq deyiləm,ozan deyiləm,
Mən şair deyiləm,yazan deyiləm,
Nə kamil,kəlamı yozan deyiləm,
Mən suram,İsrafil çalacaq məni.
On iki pirani-biri mənəm,mən,
Veysələm-Qərani ,piri
mənəm,mən,
Allahın Qur’anı-sirri mənəm,mən,
Səlatam,salehlə r qılacaq məni.
Doqquzam,yeddiy
əm,altıyam,üçəm ,
Halalam,haramam
,tövbəyəm,suçam ,
Həqiqəm,yalanam
,fənayam,puçam,
Kərəməm,kərimlə r bulacaq məni.
Nə Şeytan,nə mələk,Allah deyiləm,
Nə "mən",nə "sən",nə "biz"
hərgah deyiləm,
Çahiləm,çox şeydən agah
deyiləm,
Bulacaq çalacaq olacaq məni.
Vahidəm,vaqifəm
,və’dəm,vəsiyyə m,
Əliyyən Mürtəza-haqqın səsiyəm,
Seyyidəm- Nəsimi,onun kəsiyəm,
"O"yam kim yadına salacaq məni.
*
5.0
100% (4)