3
Yorum
8
Beğeni
5,0
Puan
394
Okunma
Bir dəli sevgi atmışam
Həsrətin qucağındadı
Özüm günaha batmışam
Daim qəlbim, ağlımdadı
Allahdan məni istəyib
Məni məndən alıb belə
Deyirlər ki məni deyib
Məni gəzir, sevir hələ.
Bu eşqə layiq deyiləm
Ay gözümün nuru adam!
Sən sevginlə pir kimisən
Mən sevgimlə günahkaram.
Allah cəzamı bağışla
Onu mənə hədiyyə et,
Dözənmirəm bu qarğışla
Ruhdan düşdüm, sən məni tut.
5.0
100% (6)